“Mladost” – “Neftçi” matçının başlama saatı müəyyənləşdi

“Mladost” – “Neftçi” matçının başlama saatı müəyyənləşdi

Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək “Mladost” – “Neftçi” cavab oyununun başlama saatı müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma iyulun 7-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun iyulun 2-i Bakıda keçiriləcək. “Neftçi” – “Mladost” görüşünün start fiti 21:00-da səslənəcək.

COMMENTS