Mnatsakanyan: “Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”

Mnatsakanyan: “Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”

Ermənistan heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır, amma bu günə qədər bununla bağlı heç bir müsbət xəbər yoxdur.

Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

“Biz şahidi olduq ki, Türkiyə tərəfindən Sürix protokollarına riayət olunmur, Ermənistanın blokadası davam edir. Biz ilkin şərtlərsiz diplomatik münasibətlər qurmağa hazırıq. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır. Və deyə bilmirəm ki, nəsə yaxşı xəbərlər var”,-deyə Mnatsakanyan vurğulayıb.

DOSYE.ORG

COMMENTS