Moldova Prezidenti parlamenti buraxa bilər

Moldova Prezidenti parlamenti buraxa bilər

Moldova Prezidenti İqor Dodon bildirib ki, əgər parlament iyun ayının ortasına kimi fəaliyyətini bərpa etməsə qanunverici orqanın buraxılması haqqında qərar qəbul edəcək.

“Report” xəbər verir ki, bu fikirləri İ.Dodon “NTV-Moldova” kanalına müsahibəsində deyib: “Əgər iyun ayının ortasına kimi parlament qanun qəbul etməsə və spiker təyin edilməsə parlamenti buraxmaq hüququna malik olacam” deyə prezident bildirib.

Prezident həmçinin əlavə edib ki, onu müdafiə edən Sosialistlər Partiyası növbədənkənar seçkiyə getməkdən qorxmur.

DOSYE.ORG

COMMENTS