Top.Mail.Ru

Moldova Prezidenti Rusiyaya işgüzar səfərini dayandırdı

Moldova Prezidenti Rusiyaya işgüzar səfərini dayandırdı

Moldova Prezidenti İqor Dodon ölkəsində yeni tip koronavirusa (Covid-19) yoluxma halının qeydə alınması ilə əlaqədar Rusiyaya işgüzar səfərini dayandırıb.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumat bu gün Moldova Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

İ. Dodon qeyd edib ki, yaxın günlərdə Rusiya rəhbərliyi ilə görüşləri planlaşdırılsa da, yaranmış çətinliyin aradan qaldırılması üçün Moldovaya qayıtmağa qərar verib. Dövlət başçısı ölkənin dövlət qurumlarının yaranmış situasiyaya hazır olduğunu və lazımi addımların atılacağını bildirib:

“Hökumətin atdığı addımlar doğru və operativdir. Bütün vətəndaşları və siyasətçiləri koronavirusla bağlı böhranın aradan qaldırılması üçün məsuliyyətli davranmağa çağırıram”.

DOSYE.ORG

COMMENTS