Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Monako” oyunundan sonra qonaqların baş məşqçisi Leonardo Jardim Çumbinyoya hədiyyə göndərib.
Bu barədə Qol.Az-a “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib: “Cumbinyo Yunanıstanın “Olimpiakos” klubunda oynayan zaman Leonardo Jardim onun baş məşqçisi olub. Oyundan sonra Jardim komandasının aparıcı üzvlərindən olan Stefan Əl-Şaaravinin formasını keçmiş futbolçusuna çatdırmağımı xahiş etdi”.
Qeyd edək ki, 2010-2013-cü illərdə “Olimpiakos”da çıxış edən Çumbinyo bir müddət Leonardo Jardimin rəhbərliyi altında oynayıb.
COMMENTS