Dekabrın 1-i Rusiyanın Moskva vilayətində qışın ən soyuq gecəsinin olacağı barədə xəbərdarlıq edilib.
Dosye.org xəbər verir ki, bu barədə Rusiyanın Hidrometereologiya Mərkəzi məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, paytaxtda temperatur göstəricisi – 15, -17 dərəcəyə kimi enəcək.
Vilayətin müxtəlif rayonlarında isə -11, -18, hətta -22 dərəcəyə qədər temperaturun enməsi gözlənilir.
Yalnız 2 dekabr günü isə temperaturun -3, -5 dərəcə arasında dəyişəcəyi bildirilib.
Dosye.org
COMMENTS