Moskva Ermənistandan hesabat TƏLƏB EDİR

Moskva Ermənistandan hesabat TƏLƏB EDİR

Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, biz erməni tərəfdaşlarımızdan NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik, cavab aldıqdan sonra reaksiyamız barədə qərar verəcəyik.

“Əlbəttə, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, – diplomat əlavə edib.

COMMENTS