Moskva meriyası matəm aksiyasına icazə vermədi

Rusiyanın paytaxtı Moskvada martın 1-nə planlaşdırılmış Müxalifət marşını Matəm aksiyası ilə əvəz etmək olmaz.

ANS PRESS-in məlumatına görə, bu barədə Moskva meriyasından bildirilib.

Paytaxtın regional təhlükəsizlik departamentinin rəhbəri Aleksey Mayorov bildirib ki, qanunvericilik dəyişikliyə icazə vermir.

“Əgər təşklatçılar hansısa tədbir keçirməyə hazırdırlarsa, onlar rəsmi şəkildə Moskva hökumətinə müraciət etməlidirlər. Qanuna görə bu gün biz nəyi isə kardinal şəkildə dəyişə bilmərik”, – deyə məmur bildirib.

Onun sözlərinə görə, ərizə minimum 10 gün əvvəl verilməlidir. Mayorov onu da xatırladıb ki, qanuna əsasən, tədbirin keçirilməsi ilə bağlı razılaşmanın müddəti 3 gündür.

“Hər ehtimala qarşı, əgər nə isə olarsa, bu qəbul edilmiş qanun formatında olmayacaq. Hələ bir söz demək olmaz”, – deyə meriya nümayəndəsi bildirib.

Xatırladaq ki, şənbə gecəsinə keçən gecə Moskvanın mərkəzində Rusiyanın məşhur müxalifətçi siyasətçisi Boris Nemtsov killer tərəfindən güllələnib. Müxalifətçi Kremlin yaxınlığında yerləşən Böyük Moskvarets körpüsünün yanında gəzərkən qatil ən azı 7-8 güllə atıb.

“Bahar” antiböhran marşı 1 martda Marionoda keçirilməli idi. Lakin təşkilatçılar bu marşın əvəzinə matəm aksiyası keçirməyə qərar veriblər.

COMMENTS