Rusiyanın paytaxtında, metroda bir nəfər pnevmatik silahdan atəş açıb.
DOSYE.ORG oxu.az-a istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında metronun “Ryazanski prospekt” stansiyasında baş verib.
Atəş açan şəxs polis tərəfindən artıq saxlanılıb. Vətəndaş izahatında digər sərnişini qorxutmaq istədiyini bildirib.
Qeyd edək ki, digər təfərrüat hələlik məlum deyil.
COMMENTS