Moskva: Putin Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayır

Moskva: Putin Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayır

Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın əsas xarici siyasət istiqamətlərindən biridir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlama verib.

“Rusiya həmişə münaqişənin həllində aktiv vasitəçi olub. Münaqişənin həllində tərəflərə yardımçı olmaq xarici siyasətdə əsas prioritetlərimizdəndir. Qarabağ münaqişəsi Rusiya prezidentinin, xarici işlər nazirinin diqqət mərkəzindədir. Hamımızın bildiyi kimi, 2016-cı ildə hərbi əməliyyatların dayandırılmasında əsas rolu Rusiya oynamışdı. Azərbaycan və Ermənistan Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə buna nail olmuşduq”.

Rudenko təmas xəttində vəziyyətin stabil qaldığını da əlavə edib.

DOSYE.ORG

COMMENTS