Moskva və İrəvan arasında SS və biolaboratoriya qalmaqalı

Moskva və İrəvan arasında SS və biolaboratoriya qalmaqalı

Rusiya öz vassalına niyə etibar etmir? Ermənistanda Moskvadan müstəqilik tələbləri – gec deyil?..

Ermənistanın baş naziri Nikol Paşinyan “oturduğu yerdə” işə düşüb. Moskva ilə münasibətləri onsuz da soyuq olan Paşinyanın 9 may tarixində adını daşıdığı babası Nikol Paşinyanın fotosunu paylaşaraq, onun guya 1943-cü ildə müharibədə qəhrəmancasına öldüyünü qeyd eləməsi başına iş açıb.

Məsələ ondadır ki, bundan dərhal sonra sosial şəbəkə istifadəçiləri Yenokavan kəndindən olan Nikol Paşinyanın SS sıralarında sovet ordusuna qarşı vuruşduğunu və Paşinyanın babasının satqın olduğunu bildirib və arxiv sənədləri yayıblar. Ermənistan Müdafiə Nazirliyi isə açıqlama verərək bildirib ki, həmin kənddən müharibədə iki Nikol Paşinyan vuruşub – biri SS sıralarında, digəri isə sovet ordusunda.

Paşinyan ile Putin önümüzdeki hafta görüşecek - Ermeni haber ajansı

Lakin Ermənistanın “İravunk.com” saytı arxiv materiallarını dərc edərək, həmin vaxt Yenokovan kəndində yalnız bir Nikol Paşinyan olduğunu yazıb. Yəni nazirliyin baş naziri sığortalamaq cəhdi alınmayıb. Daha sonra Rusiya KİV-lərində Nikol Paşinyanla bağlı ifşaedici materialın yer alması ilə vəziyyət N.Paşinyanın ziyanına bir az da tündləşib.

*****

Əslində baş nazirin İrəvanda 6 metrlik abidəsi olan Qaregin Njde kimi faşist əlaltılarına simpatiyası fonunda  təəccüblü bir şey yoxdur. Zaman-zaman terrora normal mübarizə metodu kimi baxan, neçə-neçə terror təşkilatı qurub bəşəriyyət əleyhinə müdhiş cinayətlərə imza atan millətçi-şovinist ermənilərin faşizm sevgisi təsadüfi sayıla bilməz.

“Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi zamanı Vermaxt (Nasist Almaniyasının quru qüvvələri) bölmələrindən birində vəzifə yerinə yetirdiyi ehtimalı yüksəkdir”. Bu sözləri rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov Axar.az-a açıqlamasında deyib.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

Oleq Kuznetsov

Onun sözlərinə görə, Vermaxtın tərkibində 11 nizami batalyon və 55 köməkçi tikinti rotası fəaliyyət göstərib və hər rotanın rəhbərliyində 10-12 alman olmaqla, bütün rota etnik ermənilərdən ibarət olub: “1945-ci il aprelin 1-dək Vermaxt sıralarında olan bütün əsgərlərin sənədləri Almaniyanın Frayburq şəhərinin arxivində saxlanılır. Düşünürəm ki, Paşinyanın atasının Nasist Almaniyasının maraqlarına xidmət etdiyini göstərən dəlil tapmaq çətin olmayacaq”.

Kuznetsovun dediyinə görə, Ermənistanın hazırkı baş nazirinin babası Nasist Almaniyasının elit erməni milli hissələrində xidmət etməyib, necə deyərlər, “siyahılarda görünməyib”, ehtimal ki, digər Vermaxt komandalarında olub. “Bu birləşmələrin bəziləri Qırmızı ordu tərəfindən məhv edildi (məsələn, 1943-cü ilin yayında Kursk döyüşü zamanı Oryol yaxınlığındakı 1-ci erməni könüllü atıcı batalyonu), bəziləri Fransada Müttəfiq qüvvələr tərəfindən tutuldu, bəziləri isə Fransa Müqavimət Hərəkatına qoşuldu”, – deyə ekspert qeyd edib.

Sonda Kuznetsov yayılan sənədlərin həqiqiliyinə əmin olmaq üçün mütləq arxiv materialları ilə tutuşdurulmalı olduğunu da söyləyib.

Mariya Zaxarova: Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın ...

Mariya Zaxarova

Bu arada Ermənistandakı ABŞ biolaboratoriyaları ilə bağlı məsələ yenidən qızışıb. Xatırladaq ki, laboratoriyalar bilavasitə Pentaqonun maliyyə və texnoloji dəstəyi ilə qurulub. Vaşinqton ora Rusiyanın nəzarət etməsinə imkan vermir. Keçən il Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri zamanı da məsələ ilə bağlı ortaq mövqeyə gəlmək mümkün olmamışdı. Ötən ay isə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bir daha mövzu haqda danışarkən biolaboratoriyaların region və Rusiya üçün təhlükə mənbəyi olduğunu bəyan eləmiş, onu bağlamağa çağırmışdı.

Artıq işğalçı ölkədəki bəzi siyasi qüvvələr həmin laboratoriyalarının ləğvi tələbi ilə baş nazirə müraciət ediblər. Belə ki, “Ermənistan qartalları – Vahid Ermənistan” Partiyasının nümayəndələri Paşinyanı ölkə əhalisinin təhlükəsizliyi naminə laboratoriyaların ləğvinə çağırıblar. Onlar hesab edirlər ki, bu cür obyektlərin yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur, lakin hakimiyyət illərdir vəziyyəti görməzdən gəlir. Müraciətdə obyektlərin ləğvi üçün konkret vaxt da verilib – iki ay.

Lakin Ermənistanda heç də hamı bu cür düşünmür. Ermənistanın Rusiyanın vassalı olduğunu unudub “müstəqillik” havasına uyanlar da var. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, laboratoriyalarla bağlı 1 in.am saytında getmiş məqalədə deyilir: “Koronavirus pandemiyası şəraitində Rusiya həm də Ermənistandakı müəyyən çevrələrin əli ilə fəal şəkildə biolaboratoriyalar mövzusu gündəmə gətirilir. Məlumdur ki, Moskva bu obyektləri öz maraqlarına zidd sayaraq ora nəzarət hüququ qazanmağa çalışır. Əks halda, Rusiya çətin ki, məsələni ikitərəfli anlaşma səviyyəsinə gətirəydi. Yəni Moskva Ermənistanın mülkiyyəti olan obyektlərə hüquqi əlçatımlığa nail olmaq istəyir. Ermənistan isə suveren dövlətdir”.

Məqalənin bu yerində rəsmi Moskvaya iradlar yer alır,  Gümrüdəki hərbi bazaya Ermənistan hökumətinin yetərli nəzarət etməsinə Rusiyanın imkan vermədiyi, orada hətta bir neçə il öncə erməni ailəsini qətliam eləmiş Permyakov kimi hərbçiləri gizlətdiyi halda, Ermənistanın mülki olan laboratoriyalara Moskvanın nəzarət haqqının olmadığı vurğulanır.

“Bugünlərdə daha bir kədərli fakt üzə çıxdı: Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrüdə bir erməni qadını qəddarcasına döyüb öldürən hərbçi Razgildyayevi məhkəməyə gətirmək üçün bazaya girə bilməyiblər. Permyakov isə istintaq müddətində  bircə gün belə Ermənistanın sərəncamında olmayıb. Artıq o, Rusiyaya göndərilib və cəzasını orada çəkir. Rusiya tərəfi onunla bağlı başqa heç bir ətraflı məlumat vermir, çünki həmin məlumatları məxfi sayır. Bu fonda Moskvanın biolaboratoriyalarla bağlı iddiaları heç cür başa düşülmür”, – deyə müəllif qeyd edir.

Ancaq başa düşülməyən nə var ki? Madam ən azı 2047-ci ilədək Rusiyanın vassalı olmağa rəsmən razılıq vermisiniz, o zaman siz ermənilərin hansısa özəl mülkiyyəti, gizli laboratoriyası-zadı, hətta müstəqil fikri, mövqeyi, xarici siyasəti ola bilərmi? Ermənistan özü boyda Rusiyanın mülkiyyəti deyil ki?

Vassal Ermənistanda Rusiyadan müstəqilik tələbləri. Gec deyil? Bu barədə Rusiyaya arxayın olub Qarabağı işğal edəndə düşünmək lazım idi. Necə deyərlər, özü yıxılan ağlamaz…

DOSYE.ORG

COMMENTS