Top.Mail.Ru

Moskvada azərbaycanlı bandası tutuldu

Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsi cinayət-axtarış şöbəsinin əməkdşaları SOBR xüsusi təyinatlıları ilə birgə keçirdikləri əməliyyat nəticəsində lotereya klubuna silahlı basqın törətməkdə şübhəli bilinən bandanı yaxalayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ələ keçirilərkən müqavimət göstərən cinayətkar dəstə üzvlərinin əksəriyyəti – 6 nəfəri Azərbaycan vətəndaşlarıdır. Onların hamısı gənclərdir – 21-26 yaş arasındadır.

Klubun inzibatçısının sözlərinə görə, qəfildən üç nəfər içəri soxularaq əllərindəki tapança və bıçaqlarla klub işçilərini hədələyib. Onlar seyfi ələ keçirərək onun içindəki sənədləri, lisenziyaları, həmçinin 120 min rubl pulu götürüblər.

Banda Moskvanın Andropov prospektindəki lotereya klubunun siqnalizasiya sisteminin işə düşməsi sayəsində zərərsizləşdirilib. Hadisə dekabrın 18-də baş versə də dəstə üzvləri bir neçə günlük əməliyyatdan sonra yaxalanıb. Fakt üzrə quldurluq maddəsi ilə cinayət işi başlanıb.

COMMENTS