Dünən Moskvada azərbaycanlıların kafesində atışma olub.
Lent.az-ın məlumatına görə, atışmada bir nəfər ağır yaralanıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, bazar günü gecə Vostryakovski keçid, ev 23 ünvanında yerləşən kafeyə 6 nəfər daxil olub. Kafenin sahibi, Moskvaətrafı vilayətdə qeydiyyatda olan azərbaycanlıdan pul tələb edib.
Qarşılığında onlar kafeni öz “himayə”lərinə götürəcəklərini deyiblər. Kafe sahibi isə onlara pul ödəməkdən imtina edincə mübahisə yaranıb və dava başlayıb. Cinayətkarlar kafe sahibinin dostunu bıçaqlayandan sonra atışma başlayıb.
Faktla bağlı cinayət işi açılıb.
COMMENTS