Moskvada daha 7 nəfər koronavirusdan öldü

Moskvada daha 7 nəfər koronavirusdan öldü

Rusiya paytaxtında COVID-19 diaqnozu qoyulmuş daha yeddi nəfər ölüb.

Dosye.org xəbər verir ki, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətin monitorinqi məqsədilə yaradılmış operativ qərargahdan bildirilib.

Xəstələr 49-90 yaşları arasında olub.

“Xəstələrdə şəkərli diabet, hipertoniya, kardioskleroz, pielonefrit, mədəaltı vəzin atrofiyası kimi digər xəstəliklər də olub. Yoluxanların üçü xroniki bronxitdən əziyyət çəkib”, – məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiyada bu günə olan məlumata əsasən, 8672 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.  /APA

COMMENTS