Top.Mail.Ru

Moskvada koronavirusa görə yaşlılara pul veriləcək

Moskvada koronavirusa görə yaşlılara pul veriləcək

Rusiyanın paytaxtı Moskvada martın 26-dan aprelin 14-dək 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaması tövsiyə olunur.

Bu barədə Moskva meri Sergey Sobyanin vətəndaşlara müraciətində bildirib. O, bu çağırışın həmçinin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə də şamil edildiyini deyib.

S.Sobyanin qeyd edib ki, özünü təcrid edən yaşlılara izolyasiya ilə bağlı yarana biləcək xərcləri kompensasiya etmək üçün 65 yaşdan yuxarı hər kəsə 4 min rubl (83 manat) birdəfəlik təzminat ödəniləcək. Pulun yarısı əvvəlcədən, qalanı isə ev rejimi bitdikdən sonra veriləcək.

Sobyanin gənclərə də müraciət edərək “xəstəliyin əlamətlərini hiss etmədən belə yaşlı insanlar üçün həyati təhlükəli olan koronavirusun daşıyıcısı ola bilərsiniz” deyib və əlavə edib ki, gənclər də bu dönəmdə yaşlı insanlarla ünsiyyətdə olmasınlar.

DOSYE.ORG

COMMENTS