Moskvada ticarət mərkəzində atışma

 

Moskvada “Paveletskaya” metro stansiyası yaxınlığında “Svyatoqor” biznes-mərkəzində atışma baş verib.

Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” xəbər yayıb.

Şahidlərin sözlərinə görə, bir neçə nəfər maşından düşərək ticarət mərkəzini atəşə tutub, sonra da avtomobili orada atıb qaçıblar.

Atışma nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə polis cəlb edilib.

Digər təfərrüatlar barədə hələ məlumat verilməyib.

Dosye.org

COMMENTS