“Əlbəttə, Paşinyanın hakimiyyətdə qalması Rusiyanın xarici siyasət maraqlarına, xüsusən də Ermənistan siyasətinə ziddir. Rusiya hakimiyyəti bunu əvvəldən bilir, amma açıq şəkildə deməmişdi.Paşinyanın 2018-ci ildən hakimiyyətə gələndən sonra atdığı addımlar Rusiyanın siyasəti ilə daban-dabana ziddir”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov rusiyalı deputat Konstantin Zatulinin “Pşainyanın hakimiyyətdə qaldığı hər gün Rusiya üçün təhqirdir” fikirlərini şərh edərəkən deyib.
O, Paşinyanın üzərinə qaldırılan adamların onunla bacarmadığını bildirib:
“Zatulin erməni lobbisiylə sıx əlaqəsi olan şəxsdir. Onun söylədiyi fikirlər göstərir ki, Rusiya artıq Paşinyanla açıq müstəvidə mübarizə aparmağı planlaşdırır. Çünki artıq digər variantlar nəticə vermir. 44 günlük Vətən müharibəsindən sonra Onik Qasparyanı Paşinyanın üstünə qaldırdılar, amma o da bacara bilmədi. İndi də Qalstanyanı qaldırdılar. Bu da bir nəticə vermədi. Görünür ki, indi Paşinyanı başqa formada aradan qaldırmaq istəyirlər. Hətta onu fiziki cəhətdən məhv etməyə çalışa bilərlər. Bu qəza və sui-qəsd formasında ola bilər”.
S.Hümbətov qeyd eib ki, bütün hallarda Rusiyanın məqsədi Paşinyanı sıradan çıxarmaqdır:
“Zatulinin bu açıqlamasından sonra Paşinyana ciddi basqılar etməyə başlayacaqlar. Burda da məsələ aydındır. Rusiyanın Cənubi Qafqaz, xüsusən də Ermənistan siyasəti ilə Paşinyanın atdığı addımlar tərs mütənasibdir”.
Vasif Əlihüseyn

COMMENTS