Moskvanın mərkəzində tanınmış opera müğənnisinin meyiti tapılıb

Moskvanın mərkəzində tanınmış opera müğənnisinin meyiti tapılıb

Opera müğənnisi Yevgeni Kunqurovun meyiti Moskvanın mərkəzində evlərdən birinin yaxınlığında tapılıb.

Bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

“Bazar ertəsi axşam Yevgeni Kunqurovun meyiti Moskvanın mərkəzindəki Zoologiçeskaya küçəsindəki yaşayış binasının pəncərələri altında aşkar edilib”, – deyə agentlikdən bildirilib.

Təcili yardım xidmətlərindən başqa bir mənbə agentliyə bildirib ki, sənətçi ölümündən bir müddət əvvəl həyat yoldaşına onu hamamda ölü tapacağı barədə xəbər göndərib. Müğənninin həyat yoldaşı paytaxtda olmadığı üçün mənzilə xilasedicilər və psixoloq çağırıb.

Qeyd edək ki, 40 yaşlı Kunqurov Rusiyanın, eləcə də Çeçenistan Respublikasının və İnquşetiyanın Əməkdar artistidir.

COMMENTS