“Turkish Airlines” aviaşirkətinin Antalyadan Moskvaya uçan təyyarəsi İstanbulun Atatürk hava limanında təcili eniş edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, uçuş zamanı idarəetmə sistemində nasazlıq müəyyən olunub.
“Boeing 737-800” Antalyadan dünən yerli vaxtla saat 22:00-da havaya qalxıb. Qara dənizin üzərində olan zaman pilotlar nasazlıq aşkar ediblər.
Təyyarə İstanbulun dispetçer xidmətinin məsuliyyəti zonasında olduğu üçün laynerə, Türkiyənin demək olar ki, bütün ərazisi boyu uçandan sonra – saat 23:58-də Atatürk hava limanında eniş etməyə icazə verilib.
Hazırda təyyarə təmirə göndərilib.
Dosye.org
COMMENTS