Ölkənin bu mötəbər qurumda statusu oktyabrda Astanada müzakirə ediləcək
Osloda dünəndən başlayan “Mədən sənayesində şəffaflıq təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq idarə heyətinin 34-cu islası davam edir.
Avrasiya regionunu beynəlxalq idarə heyətində təmsil edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun Oslodan musavat.com -a verdiyi xəbərə görə, iclasın 1-ci günü mülkiyyət sahibliyinin açıqlanması, MSŞT-nin maliyyələşməsi məsələləri müzakirə olunmaqla yanaşı katibliyin və komitələrin hesabatları dinlənilib. Müzakirələr nəticəsində qərar alınıb ki, iyulun 1-dən 15 üzv ölkədə, o sıradan da Azərbaycanda qiymətləndirmə başlasın. Qiymətləndirmə zamanı MSŞT standatlarının Azərbaycanda tətbiqi, o cümlədən vətəndaş cəmiyyətinin bu prosesdə iştirakı məsələləri dəyərləndiriləcək.
Azərbaycanı üçün ötən il təsdiq olunmuş islahedici planın icrası üzrə ölkənin öhdəliklərinin yerinə yetirilmə səviyyəsinin müzakirəsi yeni standartlara uyğunluğun qiymətləndirilməsi başa çatandan sonra 25-26 oktyabrda Astanada keçiriləcək növbəti idarə heyəti toplantısında nəzərdə tutulur. Bu isə o deməkdir ki, islahedici planın müddətinin aprelin 15-də başa çatmasına baxmayaraq, Azərbaycan de-fakto 6 aydan çox əlavə vaxt qazanır. Bu müddət mövcud problemlərin həllinə daha geniş şans yaradır.
Dosye.org
COMMENTS