Mourinyo: “Ağlayası deyiləm ki…”

“Nəticəyə görə çox üzüldüm. Rəqib bizdən daha yaxşı oynadı. Növbəti mərhələyə adlamağa layiq deyildik. Turnirdə mübarizəni dayandırdığımız üçün ağlayası deyiləm. Buna ehtiyac yoxdur”.

Britaniya mətbuatının yaydığı xəbərə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında PSJ ilə oyundan sonra deyib.

O, bundan sonra İngiltərə Premyer Liqasının kubokunu qazanmaq üçün çalışacaqlarını deyib: “İngiltərə çempionu olmaq mənim üçün daha önəmlidir. Bu mövsümü uğurla başa vura bilərik. Premyer Liqa oyunlarını düşünəcəyik”.

Qeyd edək ki, “Çelsi” iki oyunun (səfərdə 1:1, evdə 2:2) nəticəsinə əsasən mübarizəni erkən dayandırıb (qol.az).

COMMENTS