MSK 1099 nəfərin deputatlığa namizədliyini qeydə alıb

MSK 1099 nəfərin deputatlığa namizədliyini qeydə alıb

Qeydiyyata alma davam edir; seçki prosesinin gedişatında üzə çıxan maraqlı hallar

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir. Hazırda təqdim edilən sənədlərdə məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir.  Sənədlərə dairə seçki komissiyalarına qəbul edildikdən sonra yeddi gün müddətində baxılmalıdır. Xatırladaq ki, namizədlərin sənədləri təqdim etmələri mərhələsi 2019-cu il dekabrın 21-də başlayıb, 2020-ci il yanvarın 10-u saat 18:00-dək davam edib.

Namizədlərin qeydə alınması prosesi yanvarın 16-da bitəcək. Yanvarın 17-dən etibarən isə deputatlığa namizədlərin təşviqat kampaniyasına start veriləcək. Seçki prosesinin bu mərhələsi fevralın 8-dək davam edəcək.

Yanvarın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) saytının məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb.

Ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Məzahir Pənahov ile ilgili görsel sonucu

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, bütün məsələlərin namizədin xeyrinə həll edilməsinə çalışırlar.

M.Pənahov həmçinin bildirib ki, seçkiləri müşahidə etmək üçün MSK-ya 2000-ə yaxın müraciət edilib və onların hamısına müsbət cavab verilib. Müraciət edənlərdən 1630-a yaxını yerli müşahidəçilərdir. Təxminən 70-ə yaxın beynəlxalq müşahidəçi müraciət edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, MDB-nin müşahidə missiyası artıq fəaliyyətə başlayıb. O cümlədən müxtəlif ölkələrin seçki komissiyalarının müşahidəçiləri də artıq Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçiblər. Amma proses sürətlə gedir və say artacaq.

Müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən növbəti layihə çərçivəsində isə Mərkəzi Seçki Komissiyasının “Seçki-2020″ Müstəqil Media Mərkəzi yaradılıb. Yanvarın 13-də Bakı şəhərindəki Hilton hotelində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və komissiya üzvlərinin iştirakı ilə ”Seçki-2020″ Müstəqil Media Mərkəzinın açılışı olub.

M.Pənahov bildirib ki, “Seçki-2020″ Müstəqil Media Mərkəzi seçkiləri geniş və obyektiv işıqlandırmaq, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün KİV nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etmək və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərilməsi məqsədilə yaradılıb. Bunun üçün Mərkəz yüksək tələblərə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunub, həmçinin ödənişsiz internet də media təmsilçilərinin ixtiyarına verilib.

Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün hər cür şərait mövcuddur.

Müstəqil Media Mərkəzinin www.secki-2020.az internet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Seçki prosesinin maraqlı hadisələrindən biri də bir neçə partiyanın rəhbərliyinə daxil olan məşhurların namizədlikdən imtina etməsi olub.

Ana Vətən Partiyasının sədr müavini, sabiq maliyyə naziri Fikrət Yusifovun ile ilgili görsel sonucu

Belə ki, Ana Vətən Partiyasının sədr müavini, sabiq maliyyə naziri Fikrət Yusifovun namizədliyi sözügedən partiya tərəfindən 41 saylı Sumqayıt seçki dairəsindən irəli sürüb. Lakin F.Yusifov son anda namizədliyini irəli sürməyib. Bu barədə F.Yusifov sosial şəbəkədə açıqlama da yayıb.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin də namizədliyi partiyası tərəfindən irəli sürülüb, ancaq o, seçkidə iştirak etmək istəməyib.

Əli Əliyev ile ilgili görsel sonucu

Dünən isə məlum olub ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev növbədənkənar parlament seçkilərində iştirak edir. Halbuki Əli Əliyevin seçkidə iştirak qərarı vermədiyi məlum idi. Namizədliyin irəli sürülməsi üçün müddətin baş çatmasına az qalmış Əli Əliyev 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. VİP sədri imza vərəqələrini seçki dairəsinə təqdim edib, amma hələlik Əli Əliyevin namizədliyi rəsmi olaraq qeydə alınmayıb. VİP-dən başqa heç kimin namizədliyi irəli sürülməyib.

Qeyd edək ki, Əli Əliyevin hakim Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi Elnur Allahverdiyevdir. Eyni dairədən bu yaxınlarda ReAL Partiyasından ayrılan Azər Qasımlı da mübarizəyə qoşulub.

Ramin Əhmədov ile ilgili görsel sonucu

Azərbaycan Ağsaqqallar Şurası sədrinin köməkçisi, “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, eyni zamanda iş adamı tanınan Ramin Əhmədov da növbədənkənar parlament seçkilərinə qatılıb. YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini olan R.Əhmədov namizədliyini Yasamal 16 saylı II seçki dairəsindən irəli sürüb. Bu barədə R.Əhmədov özünün facebook səhifəsində xəbər verib. Ramin Əhmədov seçkilərdə iştirakı ilə bağlı paylaşdığı açıqlamada qeyd edib ki, namizədliyini müstəqil şəkildə irəli sürüb.

44 saylı Sumqayıt-Xızı seçki dairəsində isə “köhnələr”in savaşı başlayıb. Belə ki, bu dairədən daha öncə deputat seçilmiş bitərəf Hacı Salayevlə uzun müddətdən bəri siyasi proseslərdə görünməyən Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli yarışacaq.

Mehman Hüseynovun namizədliyi ile ilgili görsel sonucu

Yanvarın 12-də isə video-bloger Mehman Hüseynovun parlament seçkilərində namizədliyi qeydə alınıb. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən seçkilərə qatılıb. 31 saylı dairənin hazırkı deputatı Fərəc Quliyevdir. Fərəc Quliyev yenə də həmin dairədən namizədliyini irəli sürüb. 31 saylı dairədə daha bir məşhurun-təhsil eksperti Etibar Əliyevin də deputatlığa namizədliyi qeydə alınıb.

DOSYE.ORG

COMMENTS