Bakıda Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsinin meyiti tapılıb. MTN-in İmişli rayon şöbəsinin rəis müavini 48 yaşlı Qalib Qulamovun meyiti Ələt qəsəbəsi ərazisində Xəzər dənizi sahilində aşkar edilib.
FaktXəbər-in verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Q.Qulamov çimərlik geyimində olub. Avtomobili və paltarları isə meyitdən xeyli aralıda olub.
Hadisədən əvvəl Bakıda yaşayan ailə üzvləri ilə danışıb və onların yanına gəldiyini deyib. Sonra isə ailə üzvlərinə onun ölüm xəbərini çatdırıblar.
Onu da əlavə edək ki, Q.Qulamov bir müdət əvvəl isə MTN-in Biləsuvar rayon şöbəsinin rəisi olub.
COMMENTS