Müəllimlər və valideyinlər nədən gileyləndi?

Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçirilib.

 

ANS PRESS-in Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar Binəqədi və Xəzər rayonlarında keçirilib. Xəzər rayonu üzrə 185 №li məktəbdə keçirilən səyyar qəbulda Qala qəsəbəsində yerləşən 92, 185, 216, 323, Türkan qəsəbəsində yerləşən 119, 262, 256 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Binəqədi rayonu üzrə 276 №li məktəbdə keçirilən səyyar qəbula isə Dərnəgül massivində yerləşən 3, 102, 276, VII mikrorayonda yerləşən 126, 244, VIII mikrorayonda yerləşən 83, 135, 248, 283 №li məktəblərin, 3 №-li Uşaq-Gənclər Şahmat İdman Məktəbinin, 27 №-li Uşaq Yaradıcılıq Mərkəzinin, 14 №-li Uşaq-Gənclər Şahmat İdman Məktəbinin müəllim və valideynləri müraciət ediblər.

Səyyar qəbullar saat 10:00 – da başlayıb və vətəndaşların müraciəti bitənədək davam edib. Xəzər rayonu üzrə 15 müraciət, Binəqədi rayonu üzrə isə 4 müraciət qəbul edilib.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemi, müəllimlərin yerdəyişməsi, şagirdlərin musiqiyə olan marağını daha da artırmaq üçün məktəblərdə müəyyən dərnəklərin təşkil edilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ – nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

COMMENTS