Müəllimə və 3 şagird xəstəxanaya yerləşdirildi

Ötən gün saat 10 radələrində Səbail rayonu ərazisindəki orta məktəbdə yanğın olub.

 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə 51 saylı Orta Məktəbin zirzəmisində olub.

Nəticədə 12 kvm. sahə döşəmə və partalar yanıb. Tüstüdən 1 müəllimə və 3 şagird zəhərlənib.

Zəhərlənənlər xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS