Müəllimlər İnstitutunun Mingəçevir Filialının direktoru rüşvət tələbini davam etdirir

Dosye.org-ın qaynar.info-ya istinadən verdiyi məlumata görə YouTUBE şəbəkəsində Mingəçevir şəhəri Heydər Əliyev prospekti 68/1 mənzil 12- də yaşayan Süleymanova Zoya Cumar qızı tərəfiindən ürəkağrıdıcı VİDEO paylaşılıb.

 

Öz adı və soyadı ilə şəbəkədən qeydiyyatdan keçən Z. Süleymanova filialın direktoru Orucəli Rzayev tərəfindən mənəvi təzyiqlərə məruz qaldığını, rüşvət vermədiyinə görə işdən azad edildiyini iddia edir. Himayəsində azyaşlı uşağın olduğunu bildirən və özünün də xəstə olduğunu deyən vətəndaş ölkə başçısından kömək istəyib.
Zoya Süleymanova ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib.

COMMENTS