Müəllimlərin maaşı artdı

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşlarının əmək haqları artırılıb.

 

ATU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə əməkdaşların əmək haqqının artımı haqqında qərar qəbul olunub.

Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmrin oktyabr ayından qüvvəyə minəcəyi, ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunacağı qeyd edilib.

Qeyd olunub ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib.

COMMENTS