“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk qoluna imza atıb.
Qol.Az-ın məlumatına görə, hazırda Ukraynanın “Dnepr” klubu ilə qarşılaşan Ağdam təmsilçisinin heyətində Muarem Muarem fərqlənib.
Matçın 21-ci dəqiqəsində rəqibi cəzalandıran Makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın tarixinə düşüb.
Qeyd edək ki, “Qarabağ” məhz Muaremin “Tvente”yə vurduğu qol sayəsində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
COMMENTS