Moskvada 41 yaşlı kişi mübahisə zəminində hündürmərtəbəli binanın girişində qonşusunu diri-diri yandırıb.
DOSYE.ORG xarici mediaya istinad edərək xəbər verir ki, faciə mayın 5-də baş verib.
20-ci mərtəbənin girişində iki kişi mübahisə edib. Onlardan biri özündən çıxıb, qonşusuna tez alışan qarışığı səpib və alışqanla paltarını yandırıb. Yanğın tez bir zamanda kişini bürüyüb və o, ölüb.
Yanğın törədən şəxs saxlanılıb. Qətl yerindən yanar maye şüşəsi tapılıb. Adamı həddindən artıq amansızlıqla qətlə yetirdiyinə görə 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.
COMMENTS