Top.Mail.Ru

Mübariz Mənsimovun tankerində partlayış: Ölənlər var

Mübariz Mənsimovun tankerində partlayış: Ölənlər var

Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində partlayış baş verib. 

TASS-ın yaydığı məlumata görə, Qafqaz limanından Rostova yola düşən tankerdə 13 heyət üzvü olub. Onlardan 10-nun həyatını xilas etmək mümkün olub. Partlayış zamanı dənizə atılan 3 nəfərin axtarışları isə davam etdirilir. Onların hamısının rusiyalı olduğu bildirilir.Tankerdə yük olmayıb. Partlayış neft məhsullarının buxarından yaranıb. Hadisəyə səbəb texniki təhlükəsizlik qaydasının pozulması və ya qaynaq işlərinin aparılması göstərilir.

Qəza yerinə 3 xilasedici gəmi yaxınlaşıb. Dənizə yanacaq axıntısı, həmçinin, göyərtəyə su dolması qeydə alınmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, gəmi “Palmali” şirkətinə məxsusdur.

DOSYE.ORG

COMMENTS