Mübariz Mənsimovun başı dərddə

10696405 10152873271282460 4865069181664205350 n“Palmali” Şirkətlər Qrupunun prezidenti, “Xəzər Lənkəran” futbol komandasının sahibi Mübariz Mənsimovun münasibətləri olduğu bildirilən Ülviyyə Qasımova ilə bağlı “Azadlıq”a ilginc məlumat daxil olub.

Məlumatda iddia olunur ki, Ülviyyə Qasımova silahlı basqına məruz qalıb. Onun ayağından yaralandığı barədə iddialar var. Bildirilir ki, Ülviyyə Qasımova 10 gündən artıqdır ki, evində müalicə alır. Məsələnin kökündə nələrin dayandığı barədə dəqiq bilgilərimiz yoxdur. Lakin bu hadisənin Mübariz Mənsimov üçün ciddi problemə çevrildiyi bildirilir. 

Xatırladaq ki, Ülviyyə Qasımovanın adı bir müddət əvvəl Türkiyə mətbuatında gündəmə gəlib. Türkiyə mətbuatının yazdığına görə, Bakıda fəaliyyət göstərən və Mübariz Mənsimovun sahiblik etdiyi jurnallardan birinin rəhbəri olan Ülviyyə Qasımovanın sahibkarla sıcaq münasibətləri var. Elə bu səbəbdən Mübariz Mənsimovun xanımı Tamara Qurbanoğlu onu məhkəməyə verib. Tamara Qurbanoğlu Ülviyyə Qasımovadan 1 milyon lirə təzminat tələb edib.

Istanbul 1-ci Ailə Məhkəməsində çıxarılan hökmə görə, Ülviyyə Qasımovanın Tamara Qurbanoğlu və ailəsini narahat etməsi qadağan edilib.

COMMENTS