Mübariz Qurbanlı kadr dəyişikliyi etdi

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) kadr dəyişikliyi olub.

Komitədən verilən məlumata görə, qurumun sədri Mübariz Qurbanlının əmri ilə Anar Kazımov DQİDK – nin Bakı şöbəsinin müdiri təyin edilib.

A. Kazımov buna qədər komitənin əməkdaşı olub. Qeyd edək ki, Bakı bölgəsi üzrə şöbə paytaxtın on iki rayonunu əhatə edir.

COMMENTS