Mübariz Qurbanlı xalqı təbrik etdi

Mübariz Qurbanlı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.
 
Virtualaz.org saytı xəbər verir ki, prezidentin sərəncamı ilə iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik edib.
 
Komitə sədri öz facebook səhifəsindən yazdığı təbrik mesajında bunları qeyd edib:
 
“Hörmətli dostlar, əziz həmvətənlər!
 
Sizin hər birinizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə xoşbəxt və firavan həyat arzulayıram! Tutduğunuz orucların, Vətənimizin əmin-amanlığı, şəhidlərimizin əziz ruhları üçün etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Süfrəniz xeyir-bərəkətli, canınız sağlam olsun! Mənə ünvanladığınız bayram təbriklərinə görə də Sizlərə təşəkkürümü bildirirəm!”

COMMENTS