Top.Mail.Ru

Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ

Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”,- nazirlik bildirib.

DOSYE.ORG

COMMENTS