Müdrik rəhbərimizlə fəxr edir, qürur duyuruq…

Müdrik rəhbərimizlə fəxr edir, qürur duyuruq…

Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində Respublika Prezidenti cənab İlham Əliyevin gördüyü işlərin miqyası çox böyükdür və bu işlər xalqımız, o cümlədən Nərimanov rayon ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanır. 

Hazırda Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə baxmayaraq koronovirus (COVİD-19) infeksiyasının bir sıra inkişaf etmiş dövlətlərdə yayılmasının qarşısını almaq hələ də mümkün olmamışdır.Lakin möhtərəm Prezidentimizin uğurlu siyasəti ,qətiyyətli addımları, dəqiq uzaqgörənliklə verdiyi qərarlar sayəsində ölkəmizdə pandemiyaya qarşı mübarizədə ciddi nəticələr əldə olunmuşdur. Bir ağsaqqal kimi əminəm ki, cənab  İlham Əliyevin müdrük rəhbərliyi ilə xalqımız bu ağır vəziyyətdən və sınaqdan şərəflə çıxacaqdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə aparılan işlər bir daha sübut etdi ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Prezidentimiz üçün hər şeydən önəmlidir. Biz yaşlı vətəndaşlar bir daha əmin olduq ki, ölkəmizdə milli-mənəvi dəyərlər, adət-ənənələr lazımınca qorunur, böyüyə, ağsaqqala hörmət gündən-günə daha da artır. Respublika rəhbərinin biz yaşlılara diqqətlə yanaşmasının nəticəsidir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar gənc nəslin nümayəndələri gündəlik qayğılarımızla maraqlanır, zəruri ərzaqla bağlı tələbatımızın ödənilməsinə kömək göstərirlər. Hər bir vətəndaşımızın, xüsusilə də yaşlı insanlarımızın sağlamlığını, rifahını düşünərək Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər, Onun yorulmaz fəaliyyəti hamı kimi, biz ağsaqqallarda da möhtəşəm qürur hissi yaradır, Bu gün qürurla deyirik ki, Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq cənab İlham Əliyev Azərbaycanın ən vətənpərvər, ən mərhəmətli, ən qətiyyətli və ən müdrik rəhbəridir.

Onun təşəbbüsü ilə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı davamlı olaraq tədbirlər görülür, dezinfeksiya işləri həyata keçirilir. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticəsini verəcəkdir.

Qədirbilən Azərbaycan xalqı möhtərəm Prezidentimizin gördüyü işlərin dəyərini çox yaxşı başa düşür və hər zaman Ona güvənir. Hər bir gözəl işinə görə Ona “Çox sağ olun” deyirik. İndiki ağır günlərdə xalqımızı düşündüyünə, ona dəstək olduğuna və qayğısına qaldığına görə cənab Prezidentə  dərin minnətdarlığımı bildirirəm. Qürur duyur, fəxr edirəm ki, cənab İlham Əliyev kimi dövlət başçımız var. Allah Onu qorusun.

İnanırıq ki, tezliklə Azərbaycan bu bəladan qurtulacaq, möhtərəm Prezidentimizin  rəhbərliyi ilə islahatlar davam etdiriləcək, ölkəmizin inkişafı yeni müstəviyə çıxacaqdır. Biz ağsaqqallar ölkəmizin başçısı cənab İlham Əliyevin yürütdüyü siyasəti hər zaman dəstəkləyir, gələcək işlərində Ona uğurlar arzulayırıq.

 Nərimanov Rayon Ağsaqqalar Şurasının sədri Miri Həsənov

COMMENTS