Müğənni Günel gəlinlik geyindi: “Çox utandım”

Müğənni Günel gəlinlik geyindi: “Çox utandım”

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova gəlinlik geyinib.

Dosye.org axşam.az-a istinadən bildirir ki, toy tarixini dəqiqləşdirən ifaçı özü üçün gəlinlik seçib. Ağ libasda fotolarını İnstaqram səhifəsində paylaşan Günel “Çox utandım” sözlərini yazıb.

Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyunundan nişanlanıb. Toy mərasimi oktyabrda baş tutacaq. Müğənni nikahın ad günündə – oktyabrın 25-də baş tutacağını bildirib.

COMMENTS