Müğənni Rəqsanə İsmayılova Rusiyada saxlanılıb – TƏFƏRRÜAT

Müğənni Rəqsanə İsmayılova Rusiyada saxlanılıb – TƏFƏRRÜAT

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. Hazırda o, Rusiya Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

Bu barədə “BÇK-OQPU” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, qalmaqallı müğənni (vətənində dələduzluqda axtarışda olub, anası və bacısı isə Türkiyədə insan alverinə görə cinayət məsuliyyətinə cəlb edilib) ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gəlib.

R.İsmayılova Solntsevo Daxili İşlər Nazirliyinin Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü il işində şahid qismində gətirilib. Yelena Smirnova, Qurbanov soyadlı biri ilə əlbir olaraq ona və ən azı iki azərbaycanlıya pasport verib.

Amma məlum olub ki, o, iki yox, üç nəfərə pasport verib – R.İsmayılovanın dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportu da saxta şəxsiyyət məlumatları ilə hazırlanıb və 2019-cu ildə həmin işçidən alınıb.

Müstəntiqlərin fikrincə, müğənni həmin Qurbanova 650 min rubla (indiki məzənnə ilə 12 min manat – red.) yaxın pul köçürüb və o, yoxlanılmış üsulla ona yeni sənəd almağa kömək edib.

2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb.

COMMENTS