Müğənninin bağçaya müdir təyin olunması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

Müğənninin bağçaya müdir təyin olunması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

Abşeron rayon Təhsil Şöbəsi Gülnar Nəbi Çingiz kimi tanınan müğənninin Xırdalan şəhərindəki 17 saylı bağçaya müdir təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Trend-ə bildirib ki, Gülnar Nəbi Çingiz həmin bağçaya şöbənin Abşeron rayon İcra Hakimiyyətinə təqdim etdiyi namizədlik əsasında müdir təyin edilib.

A.Nağıyevin sözlərinə görə, Gülnar Nəbi Çingiz həm ibtidai təhsil müəllimidir, həm də Azərbaycan Milli Konservatoriyasını bitirib: “O, bəlkədə olkə əhəmiyyətli yarışmada “Eurovision”un seçim turlarında iştirak edib. Bu o demək deyil ki, təhsil və musiqi təhsili olmasın. Bəzi saytlar bu xanımın müdir təyin olunmasını şişirdirlər, məsələyə başqa cür yanaşırlar. Amma onun müdir təyin olunmasında heç bir problem görmürük. O, özünü doğruldur, çox yaxşı təşkilatçılıq qabiliyyəti var. Bu gün həmin bağçada Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə də onun gözəl təşkilatçılıq qabiliyyətinin olduğu bir daha təsdiqləndi”. Redaksiyamız tərəfindən əməkdaşımız Xırdalanda yerləşən təhsil şöbəsinə və rayon icra hakimiyyəti aparatına ezam edildi. Abşeron rayon icra hakimiyyətindən məsələylə bağlı açıqlanma verilmədi. Bağça müdiri ilə görüşə bilmədik. Məktəb və bağçaları qoruyan ictimayətlə əlaqələr şöbəsinin nümayəndəsi ayaq üstə bizi qarşılayaraq məlumat verməyəcəyini bildirdi.

Əməkdaşımız böyük çətinliklə mətbuat rəhbərindən bəzi məlumatları toplayaraq Sizlərə çatdırır.

Təhsil şöbəsinin sözçüsü Anar Nağıyev isə əməkdaşımızı hüquqşünas kimi sorğu suala çəkərək, bizim ünvanlandırdığımız sualları məharətlə bizə qarşı çevirərək Azərbaycan Respublikasının Qanunlarını xatırladaraq sözügedən müdirənin fəaliyyəti ilə əlaqədar guya böhtan yazan jurnalistin Cinayət Məcəlləsinin 147.1, 147.2, 148.1 maddələri ilə azadlıqdan uzun müddətə məhrum olunması da daxil olmaqla, saytları böyük miqdarda maddi kompensasiya tələb etmək hüququnun olmasını xatırladaraq, hansısa Azərbaycan xanımı, ailəli olan bir qadın, övlad anası və nəhayət məktəbəqədər təhsil müəsiəssinin rəhbərliyindən belə yazıların yayılmasına mintaritetimiz nədə qanunlarımız yol vermir.

Jurnalist müqədəs vəzifədir amma müəllim adına Ümummilli Liderimiz Heydər Əliyev öz qiymətini verib “Mən müəllimdən yüksək ad tanımıram” kəlamını deyərək. 4 cü hakimiyyət nümayəndəsini hədələməkdən çəkinmədi. A. Nağıyev verdiyimiz suallara cavab verməyərək, öz mühazirəsini söylədi.

Jurnalist obyektiv, dəqiq və qərəzsiz olmalıdır. İstənilən sensasiyanın baş verməsində və bu haqda xəbərin yayılmasında, bu hadisənin bilavasitə iştirakçılarından başqa ən azı daha bir nəfər də iştirak etməlidir. Bu bir nəfər də mütləq media mənsubu olmalıdır. Aydındır ki, yayımlanan xəbərlər əhəmiyyətinə, unikallığına, gözlənilməzliyinə, dürüstlüyünə və sairə göstəricilərinə görə təsnifatlandırılır. Bu kriterilər üzrə xəbərin cavab verə bildiyi tələblər yüksək olduqca, təbii ki, onu əldə etmiş və ilk olaraq yayımlamış jurnalistin də reytinqi qalxır.

Xatırladaq ki, Anar bəy biz lazimi reytinqi toplamış sayt əməkdaşıyıq.

Onu bilmək olmaz deyərək söhbətinə davam etdi; Deməli sensasiya xarakterli olaylar barədə məlumatların yayımı onların iştirakçılarından başqa, xəbərin “müəlliflərinə” də kifayət qədər böyük populyarlıq gətirə bilər. Amma burada bir məqama da xüsusilə diqqət yetirmək lazımdır. Məsələ bundadır ki, olaylar öz iştirakçılarına həm müsbət, həm də mənfi imic formalaşdıra bilərlər. Hətta hər hansı bir məlumatın yayılması bir şəxsin, yaxud bir ailənin bütün gələcək həyatına həlledici təsir göstərə bilər. Həm də bu təsir bəzən heç də xoş olmaya bilər. Amma olayın iştirakçılarından fərqli olaraq xəbərin “müəllifi” istənilən halda vəziyyətdən bəzən özünü aldadaraq guya uduşla çıxır.

Tələb olunan tək şərt süjetin kəskinliyi, fəlakətin miqyası və ya yaşanmış faciənin dərinliyidir. Əlbəttə, bəzi hallarda informasiya daşıyıcısı funksiyasını həyata keçirən jurnalistlər də müəyyən yalan böhtanlara əl atır. Lakin son nəticədə peşə riskləri də reytinq yüksəlişinə xidmət edən amillərdəndir. Digər tərəfdən isə öz ölkəsində fəaliyyət göstərən hər bir jurnalist həqiqi, həyati təhlükə törədə biləcək risklərə məruz qalmamaq üçün keçilməyəcək hədlərin yerləşdiyi zonaları da çox gözəl tanıyır. Deməli, hər kəs getdiyi riskin, yazdığı yalanın dərəcəsini hamıdan yaxşı özü müəyyənləşdirsə də, kənardan salınan nəzər də obyektiv qiymətləndirmə üçün kifayət qədər dəlil verə bilər.

Bu mövzuya müraciət edən müəlliflərin heç də hamısı bu prinsiplərə əməl etmirlər. Belə olduqda isə, yoxlanılmamış məlumatlar, bəzən isə hətta qərəzli, sifarişli yazılar da mətbuatda yer almağa başlayır. Nəticədə, bu işə ümumiyyətlə heç bir aidiyyatı olmayan insanların adları da xoşagəlməz məqamlarla bağlı hallandırılır.

Şər-böhtan yazmaq jurnalistika deyil…

Əməkdaşımız mətbuat xidmətinin rəhbərinə yenə xatırladır ki, biz şər və böhtan yazmırıq yazımız verdiyimiz suallar tam real faktlara söykənib.

Nağıyev əsəbi halda; əvvəla bildirirəm ki, bu məlumatlar hamısı yalandır, şər və iftiradan başqa bir şey deyildir. Bunları kimlərsə qəsdən, düşmənçiliklə, sifarişlə yazdırır və bu məsuliyyətsiz “jurnalistlər” də həmin yazıları öz resurslarında dərc edirlər. Bu məlumatların heç bir əsası yoxdur, yazılmış məlumatlar faktlara söykənmir. Eşidilmiş ara sözləridir ki, araşdırmamış mətbuat səhifələrinə çıxarıblar.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd edən A. Nağıyev sonda bildirdi ki, dövlət məmurunun şərəf və ləyaqətimə şər atan, onu ictimai nüfuzuma xələl gətirən bu media qurumları, internet portalları və sifarişli yazıları yazan jurnalistlər dərhal böhtan dolu xəbərləri dayandırmalıdırlar. Öz səhifələrində təkzib verməli və üzr istəməlidirlər.

Əks təqdirdə şərəf və ləyaqəti, ictimaiyyət içərisində nüfuzu qorumaq məqsədi ilə məhkəməyə müraciət edərək, öz hüquqlarını müdafiə etmək lazım gələcək.

Biz isə verdiyimiz suallara cavab ala bilmədik növbəti suallarımız Abşeron rayon təhsil şöbəsinin müdirinə və İcra Hakimiyyətinin başçısına olacaq….

P.S Mətbuat xidməti və hüquqşünasa bildiririk ki, mətbuatda hətta hansısa məmur və ya müəssisə haqqında dəqiqləşdirilməsi mümkün olmayan və ya dəqiqləşdirilməmiş məlumatın dərc edilməsi belə, qəzetlərin bağlanmasına və ya jurnalistin həbs olunmasına gətirib çıxaracaq bu cür radikal yollarla həll edilməməli, mübahisə məhkəmə səviyyəsinədək qaldırılmamalıdır. Heç bir mətbuat nümayəndəsi fakt olmasa hansısa yazını işıqlandırmır. Gülnar Nəbi Çingiz kimi tanınan müğənni barədə lazım olan yazılar, fotolar və videolar sosial şəbəkələrdə yetərincədir. Mətbuatla əlaqələr şöbəsinin rəhbəri isə jurnalistin suallarına cavab verməyə borcludur.

Araşdırmamız davam edir…

COMMENTS