“Müğənni kimdir ki, çıxıb millətə ləyaqətdən, əxlaqdan dərs desin?!” – VİDEO

“Müğənni kimdir ki, çıxıb millətə ləyaqətdən, əxlaqdan dərs desin?!” – VİDEO

“İnciməyin, axı müğənni kimdir ki, çıxıb millətə ləyaqətdən, əxlaqdan, davranışdan dərs desin?! Millət sizdən danışır, siz kimdən danışırsız?”

Bu sözləri jurnalist Ülviyyə Alovlu “Hər şey daxil” verilişində deyib.

BAKU.WS xəbər verir ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Alovlu müğənnilərin ibrət dərsi keçməsinə etiraz edib:

Müğənni niyə çıxıb ibrət dərsi verməlidir? Axı səndən onu soruşan yoxdur. İstər Flora Kərimova olsun, istər digəri, onun yaşda olan korifeylər, divalar, bülent ersoylar, ajda pekkanlar hər yeni mahnı çıxaranda onun möhürünü vurublar. Hitə çevirib böyük konsert salonlarını doldururlar. Müğənninin işi ondan ibarətdir. Diva ifası ilə diva olur. Çıxıb hər kəsə ağıl öyrətmək divalıq deyil.

Rəhmətlik İlhamə xanım Quliyevadan o qədər danışdı. Allah ona qəni-qəni rəhmət etsin, ürəyi o qədər yumşaq idi ki, heç cavab da vermirdi.

DOSYE.ORG

COMMENTS