Müğənni Zamiq ikinci dəfə evlənmək arzusundan danışıb

İlk evliliyi uğursuz olan müğənni Zamiq Hüseynov yenidən ailə qurmaq arzusundan danışıb.

İfaçı teleproqramların birində yenidən ailə qurmaq istədiyini bildirib: “Dostlar, tanışlar və evdəkilər də deyir ki, niyə evlənmirsən?. Amma mən buna özümü hələ ki, hazır hesab eləmirəm. Bilirsiniz, bu dəqiqə evlənim, amma o hislər yoxdur məndə. Arada deyirəm ki, gözüm qorxub, bir də səhv edərəm. Seçimlərimdə heç vaxt səhv etmirəm. Nə olursa, yaxşılığa doğru olur. Bu günə qədər həyatımda nə seçim olubsa, özüm razı olmuşam. Qorxuram ki, bir də ailə quraram, ilk evliliyimdə olan anlaşılmazlıqlar təkrarlanar. Hazırda elə bir adam yoxdur ki, onunla evlənim. Amma ailə qurmaq istəyirəm. Bu vacibdir. Amma bilmirəm ki, nə zaman evlənəcəm. Mənə elə gəlir ki, indi həyatımın ən gözəl anını yaşayıram”.

Qeyd edək ki, Z.Hüseynovun ilk evliliyi Nigar Rəfiyeva adlı xanımla olmuşdu. Lakin onların evliliyi 6 ay çəkmişdi. (lent.az)

COMMENTS