Mühəndislik Universitetində rektor olmaq arzusu ürəyində qalan Valehov

Mühəndislik Universitetində rektor olmaq arzusu ürəyində qalan Valehov

Valehi olduğumuz Cəsarətin istisinə qızınmasaq da tüstüsünə kor olmuşuq

Qələm əhli bu məmur-bürokratı heç zaman özündən biri saymayıb

Azərbaycanda nazirliklərin ictimaiyyətlə əlaqələr şöbələrinin (daha çox mətbuat xidmətləri kimi tanınır) rəhbərləri adətən media mənsublarından təyin olunur və ən azından həmkarlarına qarşı normal münasibət saxlamağa çalışırlar. Təhsil nazirliyində bu sahəyə rəhbərlik edən Cəsarət Valehov işlədiyi müddətdə  jurnalistlərə qarşı özündə bu cəsarəti heç vaxt tapmayıb. Təsadüfi deyil ki, qələm əhli də onu heç zaman özündən biri saymayıb, daha çox məmur-bürokratlar sinfinə aid edib. Bunun şahidi olmaq üçün ən azından mediada onun haqqında tirajlanan yazılara göz atmaq kifayətdir.

“Açıq dərs” keçən Valehovun bioqrafiyasında açıq qalan suallar

Televiziyada  təhsil işçilərinə “Açıq dərs”  keçən Valehovun bioqrafiyasında xeyli açıq qalan suallar var. Onun FETO şəbəkəsi ilə sıx əlaqələri, Amerikada təhsil alarkən onlarla deyən-gülən münasibətləri dillər əzbəridir. Nazirlikdə tutduğu mövqeyindən istifadə edərək bir xeyli qohum-əqrəbasını da təhsil sistemində yerləşdirməyə nail olub. O cümlədən, təhsil sahəsində adı «dillər əzbəri olan» BŞTİ-nin ümumtəhsil şöbəsinin müdiri Fuad Babayevi nümunə göstərmək olar.

Aldığımız məlumata görə, ictimaiyyətlə əlaqələrdən yorulan Valehov fikirləşib ki, artıq ictimaiyyətin onunla əlaqələr yaratması zamanıdır. Özünü daha yüksək kürsülərdə görən və bu cəsarətdə bulunan Valehov bir zamanlar Gülən şəbəkəsinin isti yuvasına çevrilən Qafqaz Universitetinin bazasında yaradılan Mühəndislik Universitetini gözaltı edir. Yaxın-uzaq əlaqələrini işə salaraq arzusunu reallaşdırmağa çalışsa da, onu bu kürsüyə layiq görməyiblər. Dosyesi dönüb-dolaşıb yenə də özünə qayıdıb. Rektor olmaq arzusu ürəyində qalan Valehov cəsarətindən dönməyərək başqa mühüm bir vəzifəyə elçi düşüb. Aldığımız məlumata görə, təhsil sistemində sözü keçən bütün adamları hal-hazırda bu işə səfərbər edib. Onun bu istəyini nə qədər reallaşdıra biləcəyini inididən deyə bilməsək də hazırda işlədiyi vəzifənin öhdəsindən necə gəldiyini fikirləşəndə adamın yaylıq götürüb ağlamağı gəlir (çünki GÜLƏNçilərin işinə C.Valehovun özü baxır). Hansısa yüksək bir vəzifəyə valeh olan Cəsarət müəllimin indiyə qədər istisinə qızınmasaq da tüstüsünə bir xeyli kor olmuşuq. Ötən illər ərzində C.Valehov öz fəaliyyəti ilə hamıya bir daha sübut etdi ki, bir neçə universitet bitirmək, Amerikada kurs keçmək heç də yaxşı kadr olmanın göstəricisi deyil. Bu boyda fiaskodan sonra daha yüksək vəzifəyə iddia etmək türklər demiş “pes dedirtir”. Hər halda onun bu cəsarətinə valeh olmamaq mümkünsüzdür!

Nicat Mahmudov
Rubrika.Az

COMMENTS