Mühafizəçi mübahisə etdiyi iki avtobus sürücüsünü bıçaqladı

Mühafizəçi mübahisə etdiyi iki avtobus sürücüsünü bıçaqladı

Türkiyənin Antalya şəhərində avtobus sürücüləri ilə mübahisə edən mühafizəçi dəhşət saçıb.

DOSYE.ORG xəbər verir ki, mühafizəçi yanındakı bıçaqla iki sürücünü yaralayıb.

Ətrafdakı insanların xəbərdarlığından sonra hadisə yerinə polis və təcili yardım gəlib. Xəsarət alan sürücülərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Yaralıların sağlamlıq durumlarının yaxşı olduğu açıqlanıb.

Hadisəni törədən şəxs isə jandarma tərəfindən saxlanılıb. Onun özəl bankda mühafizəçi işlədiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam edir.

Hadisənin görüntülərini təqdim edirik.

COMMENTS