Müharibə başlaya bilər

V.Jirinovski: “Müharibənin başlanmasında isə günahkar ölkə Ukrayna olacaq”

 

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenidən qalmaqallı açıqlama verib.
V.Jirinovski bildirib ki, 3-cü dünya müharibəsinin başlaması ehtimalı böyükdür. Onun sözlərinə görə, müharibənin başlanmasında isə günahkar ölkə Ukrayna olacaq.
“Ukrayna bu günkü siyasəti 1914-cü ildə Serbiyanın yürütdüyü siyasətə oxşayır. O vaxt Serbiyanın Avsrtiya-Macarıstana qarşı çıxması I dünya müharibəsinə səbəb oldu. Bu gün bu proses yenə də təkrarlanır. Ukrayna öz hərəkətləri ilə Avropanı 3-cü dünya müharibəsinə aparır. Təəssüf ki, bu müharibə olacaq. Bu vəziyyətdən Ukraynanın qonşuları istifadə edərək Ukraynanı parçalara böləcəklər. Polşa Lvov, Rovno, Lutsk, İvano-Frankovsk və Ternopol şəhərlərini, macarlar Zakarpatyeni, rumınlar isə Çernovtsı və Bukovinanı geri qaytarmağa çalışacaqlar”, deyə Jirinovski bildirib.(ans)
Qeyd edək ki, adətən Putin bəzi fikirlərini Jirinovskinin bəyanatları ilə dünyaya çatdırır.

COMMENTS