Müharibəyə başlamadan qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?

Müharibəyə başlamadan qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?

Sürətlə silahlanma yarışının bütün şiddəti ilə davam etdiyi dünyamızda hər an irimiqyaslı müharibələrin başlanma ehtimalı olduqca yüksəkdir. Lakin XX əsr üçün daha xarakterik olan bu cür iri müharibələr silahlanma tempinin bir neçə dəfə artdığı XXI əsrdə baş vermir.

Maraqlıdır, dünyanı bu cür irimiqyaslı müharibələrdən çəkindirən nədir?

Moderator.az xəbər verir ki, məşhur rus politoloqu Nikolay Zlobin qlobal dünyada irimiqyaslı qarşıdurmaların yaşanmamasının səbəbləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Belə ki, ekspert indiki dönəmdə belə bir müharibəyə başlamağın təşəbbüskar dövlət üçün öz ayağına atəş açmaq demək olduğunu bildirib. Politoloq qeyd edib ki, qlobal dünyada dövlətlərin maraqları bir-birinə o qədər qarışıb ki, nəhəng dövlətlərin bir-brilərinə qarşı aparcağı müharibə onların dolayısı ilə özlərinə qarşı mübarizəsi demək olacaq.

N.Zlobinin sözlərinə görə, indiki halda iri güclər arasında savaş yalnız kiminsə sərsəmliyi, məsuliyyətsizliyi səbəbi ilə reallaşa bilər.

ABŞ-a gəlincə, ekspert Pentaqonun yaxın illərdə belə bir müharibəyə başlayacağını güman etmədiyini vurğulayıb. Zlobin qeyd edib ki, ABŞ öz məqsədlərinə iqtisadi-siyasi üsullarla daha məharətlə çatır. Belə olduğu üçün onun irimiqyaslı hərbi əməliyyatlara başlamasına ehtiyac yoxdur.

Seymur ƏLİYEV

COMMENTS