MÜNASİBƏT

Saytınızda K.Əhmədovanın şikayət ərizəsini və mövqeyini qeyd etmisiniz

Əvvəla onu bildirmək istəyirəm ki, Bakı şəhəri, Nərimanov rayon Prokurorunda vət. A.İ.-nin guya P.Baqiri tərəfimdən zorlanması barədə ərizəsi ilə əlaqədar olaraq material toplanılmış, bir neçə şəxsdən, o cümlədən sonuncudan da həmin prokurorluqda müvafiq izahat alınmış, araşdırma davam etdirilir. Bəzi məlumatların səhv və ya düzgün olmağından asılı olmayaraq, etik və qanuniliyi nöqteyi nəzərindən onlar barədə ətraflı məlumat verməyin ən azından hər iki tərəfin mənafeyinə uyğun olmadığına görə təkcə onu əlavə edə bilərəm ki, A.İ.-nin hamilə olması faktı təsdiq edildiyinə baxmayaraq, onun P.Baqiri tərəfindən və ümumiyətlə zorlanması faktı təsdiq edilməmişdir. Görünür bəzi məqamların araşdırılmasına ehtiyac vardır və bu barədə yalnız prokurorluq tərəfindən rəsmi məlumatlar veriləndən sonra danışmaq olar. Eyni zamanda bildirirəm ki, tərəflərin hər birinin digərinə qarşı, bu və ya digər məzmunlu şikayətlərinə də baxılır. Ona görə də hesab edirəm ki, araşdırmanın nəticəsi barədə hələ ki, yekun qərar verilmədiyinə və rəsmi olaraq məlumat verilmədiyinə görə bu növ açıqlamalarla, özü də mətbuatda çıxış etmək yersizdir. Hörmətlə, P.Baqirinin etibarnamə ilə nümayəndəsi: Allahyarov Rəşid Əhməd oğlu

COMMENTS