Murad Musayev bu klubun təklifini rədd etdi

Murad Musayev bu klubun təklifini rədd etdi

“Sabah”ın baş məşqçisi  Murad Musayev Rusiyanın “Rubin” klubunun təklifini rədd edib.

Qol.az xəbər verir ki, bu barədə “Sport-express” nəşri məlumat yayıb. Bildirilib ki, Kazan təmsilçisinin yeni baş məşqçi vəzifəsinə namizədləri sırasında rusiyalı mütəxəssis də olub. “Rubin”in nümayəndələri onunla əlaqə saxlasa da, müsbət cavab almayıblar. M.Musayev bu mövsümün gedişində komandasını dəyişmək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Milli Futbol Liqasında mübarizə aparan “Rubin” baş məşqçisi Yuri Utkulbayevlə yolları ayırmağı planlaşdırır. Hazırda bu vəzifəyə əsas namizədin dünən Rusiyanın “Soçi”sindən öz istəyi ilə ayrılan Kurban Berdıyev olduğu bildirilir.

COMMENTS