Murad Musayev: “Qarabağ”la oynamaq “Marsel” üçün çətin olacaq”

Murad Musayev: “Qarabağ”la oynamaq “Marsel” üçün çətin olacaq”

“Sabah”ın baş məşqçisi Murad Murayev “Qarabağ” haqda müsbət fikirlər səsləndirib.

O, Qol.az-a müsahibəsində Ağdam təmsilçisinə böyük hörmətinin olduğunu deyib: “Komanda müasir hücum futbolu nümayiş etdirir. Oyun tərzi göz qabağındadır. Ona görə də illər ərzində nəticələrində sabitlik var. Əminəm ki, Rusiya çempionatında oynasalar, yüksək yerlər uğrunda mübarizə apararlar”.

Rusiyalı mütəxəssis “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə görüşlərdə şanslarını da dəyərləndirib: “Konfrans Liqasında şansları yaxşıdır. “Marsel” güc futboluna üstünlük verir. Ona görə də belə ritmdə oynayan komanda ilə mübarizə aparmaq Fransa klubu üçün çətin olacaq”.

DOSYE.ORG

COMMENTS