“Murdar əməllərinizdən əl çəkmirsiniz” – Naibə Allahverdiyeva

Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva şəxsi “facebook” səhifəsindən “od püskürüb”.

 

Aktual.az-ın məlumatına görə, aktrisa onu qəzəbləndirən insanlar haqqında iddialı və ağır ifadələr işlədib: “Üzümü tuturam ona-buna böhtan atan, ləkə yaxan insanlara! Niyə Tanrıdan qorxub, murdar əməllərinizdən əl çəkmirsiniz?!

İnanın mənə, siz nəinki, o dünyada, bu dünyada da cavab verəcəksiniz. Nə tökərsən aşına, o da çıxar qaşığına. Gedin, öz həyatınızda olan pislikləri təmizləyin. Qəlbinizi saflaşdırın, şeytan xislətindən azad olun. Onda siz, daxilən və zahirən, nurlu bir insana çevriləcəksiniz və Tanrı sizin yollarınızı nurlandıracaq. Başqalarının həyatı isə özünə aiddir”.

Vurtual dostları hədəfin kimliyi ilə maraqlansalar da, aktrisa ətraflı informasiya verməyib.

COMMENTS