Zi­ya­lı­lı­ğı si­ya­sə­tə, si­ya­sə­ti zi­ya­lı­lı­ğa da­şı­yan in­san­...


Zi­ya­lı­lı­ğı si­ya­sə­tə, si­ya­sə­ti zi­ya­lı­lı­ğa da­şı­yan in­san­...

Font ölçüsü

Bir ölkənin bu gününü və gələcəyini o ölkənin ziyalıları inşa edir. Ölkənin inkişafında siyasət və dövlət adamları qədər ziyalıların da əməyi danılmazıdr.

Bir ölkə hər şeydən öncə “insan yetişdirmək ortamı”nı ən yaxşı şərtlərlə qurmaq məcburiyyətindədir. Bu da təhsil, elm və ziyalıların yol göstərməsi və düşüncələri ilə olur. Yeni nəsillərin yetişdirilməsində ziyalıların rolu danılmazdır. Aydınların ziyası millətə yol göstərən, yüksək təhsil, ölkəsini sevən vətəndaş deməkdir.

Yaxın tariximizdə nə qədər saxta personaj layiq olmadığı mövqelərə yüksələ bilib, qəhrəman, millət fədaisi adı ilə ictimai-siyasi səhnədə parlayıb, gözləri qamaşdırıb, sonra qəfil peyda olduğu kimi, qısa zaman kəsiyində də tarixin arxivinə atılıb…

Am­ma bu qarmaqarışıq ta­ri­xi-si­ya­si “şou­lar­da” ya son də­rə­cə hadisələrin fövqün­də, ya da lap aşa­ğı qat­lar­da qə­rar­la­şa­raq sö­zü­ge­dən məz­hə­kə­lə­rin mü­əl­lif­lə­ri­nə, “bu mə­nim tər­zim və mə­nim oyu­num de­yil!” me­sa­jı­nı ün­van­la­yıb sa­kit­cə öz tə­bii-ila­hi mis­si­ya­la­rı­nı da­vam et­di­rən şəx­siy­yət­lə­ri­miz də çoxdur. Ziyalı və imkanlı iş adamlarımızı tarixdə yaşadan, onlara millət sevgisini aşılayan, əslində, belə həyatı yaşaya bilmək bacarıqları olub. Millətə faydalı olmağı bacarmaq nə qədər çətin olsa da, o qədər də şərəflidir və müqəddəsdir.

“Tanrı insanı hərəkət etmək üçün yaradıb”

Sa­kit­cə, “toz-to­za­naq­lı” oyun­la­ra qo­şul­ma­dan öz işi­ni gör­mə­yi ba­ca­ran insanladrdan biri də Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İl­ham Rə­hi­movdur.

Onun həyata özünəməxsus baxışları var. İlham müəllim həyatını düzgün, dürüst yaşayan insanlara hörmətlə yanaşır, halbuki, müasir dövrümüzdə belələri azlıq təşkil edir. Onun fikrincə, ümumiyyətlə, həyatda ideal insan yoxdur: “İnsan, lazım gələndə, öz-özünə “yox”, “olmaz” sözünü deməyi bacarmalıdır. Bunu bacaran insan pislik etməz, rüşvət almaz, oğurluq etməz. Cinayətlərin əksəriyyətini nəfsinə “yox” deməyi bacarmayanlar törədir…”

Elə insanlar var ki, onlar həyatda hər şeyin qismətdən asılı olduğunu iddia edirlər. Amma İlham müəllim hesab edir ki, insanın özünü qismətə bağlaması düzgün deyil və hərəkət etmək istəməyən, tənbəl insanlar hər şeyi qismətlə bağlayırlar. “Başqa cür desək, insan dərdinin əlacını haradansa, başqa bir yerdən gözləyir. Əslində isə o probleminin həlli üçün nəsə etməli, bir yerdə oturmamalıdır. Qismət insanda arxayınçılıq yaradır. Bu, düzgün deyil. Qismət sözünə ən çox müsəlman dünyasında rast gəlinir. Bəşər övladı bir yerdə oturub qismətini gözləməməlidir. Tanrı insanı hərəkət etmək üçün yaradıb”-İlham müəllim belə düşünür.

“Spartakın həyatı insana “həyat dərsi” verir”

Keçmişlə bağlı xatirələrini bölüşəndə “bəlkə də hüquq sahəsində çalışmasaydım, fizik, həkim, ya da ki tarixçi olardım”, deyir İlham müəllim. Tarixi şəxsiyyətlərdən bəhs edən kitablar həmişə onun stolüstü kitabları olub: “Orta məktəbdə “Spartak” əsərini oxudum. Spartakın həyatı insana “həyat dərsi” verir. Elə insanlar var onları diz üstə qoymaq olmaz. Spartak məhz belə şəxsiyyət olub. Məncə, “Spartak” insanı mübarizliyə, dözümlülüyə səsləyən əsərlər içərisində ən yüksəkdə olandır. Həyatda insan qarşısına məqsəd qoymalıdır. Elə insanlar tanıyıram ki, çox ağıllı, dərin düşüncəli və bacarıqlıdır. Amma onların konkret məqsədi olmadığına görə, heç nəyə nail ola bilmirlər”.

Ötən illərə nəzər saldıqda bəlli olur ki, İl­ham Rə­hi­mov bütün mənalı ömrünü elmə və cəmiyyətə fayda verən işlərə sərf edib. Bununla bağlı İlham müəllim özü belə deyir: “Mən ömrümün ötən illərinin çoxunu elmi fəaliyyətə həsr etmişəm. Elm mənim üçün bütün məşğuliyyətlərdən cəlbedici olub. Son illər bir alim-vətəndaş olaraq, hüquq elminə bağlılığımdan əldə etdiyim üstünlüklərdən həyatımızın digər sahələrini öyrənmək üçün istifadə etmək barədə çox fikirləşirdim…”

2012-2018-ci illər İlham müəllimin elmi yaradıcılığı xüsusilə məhsuldar olub. Bu müddət ərzində “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası” adlı kitabları çapdan çıxıb. Həmin əsərlər rus, türk, ingilis, çin, alman, yəhudi, italyan, qazax, bolqar və s. dillərə tərcümə olunub.

“Bu “Kitab evi” dan ulduzu kimi parladı”

Bir neçə ildir ki, Bakının mərkəzində, Lev Tolstoy küçəsi 191 ünvanında “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab mağazası fəaliyyət göstərir. Bakıda bir ilk sayılan bu ideyanın da təşəbbüskarı İlham Rəhimovdur. Təhsil üzrə ekspert, fəlsəfə doktoru, kitab bilicisi kimi tanıdığımız Etibar Əliyev həmin kitab evi ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Bakıda “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab evini açması maraqlı dövrə təsadüf edir. Kitab mağazalarının və kitabxanaların geniş şəkildə bağlandığı dövrə. Şahidi olduq ki, bu “Kitab evi” dan ulduzu kimi parladı. Bizdə ixtisalaşmış kitab mağazaları Sovetlər dönəmində fəaliyyət göstərib. Lakin sonradan bunlar yığışdırıldı. İndi belə bir kitab evinin yaradılması həm də kitaba verilən yeni dəyərdir. Sanballı çağırışdır, xüsusi aktuallıq kəsb edir”.

“Professor İlham Rəhimov dəyərli sözlərə layiq bir insandır”

İl­ham Rə­hi­mov haq­qın­da öl­kə və dünya mət­bu­atın­da ki­fa­yət qə­dər ya­zı­lıb. Bu ya­zı­lar­da sə­mi­mi tə­əs­sü­rat­lar yetərincədir. Onun ba­rə­sin­də bir neçə il öncə yazılmış, bu ya­xın­lar­da tək­rar oxu­du­ğum bir ya­zı əslində, bu sə­tir­lə­rin də ya­zıl­ma­sı­na kör­pü ol­du. Ma­raq­lı mü­ha­ki­mə tər­zi olan mü­əl­lif ya­zır ki, İl­ham Rə­hi­mov zi­ya­lı­lı­ğı si­ya­sə­tə, si­ya­sə­ti zi­ya­lı­lı­ğa da­şı­mış in­san­lar­dan bi­ri­dir. Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə elmlər doktoru Nəsiman Yaqublu bu fikirləri bir qədər də davam etdirərək belə deyir:

“Tanınmış Azərbaycan ziyalısı, hüquq elmləri doktoru, professor İlham Rəhimov dəyərli sözlərə layiq bir insandır. İlham müəllim haqqında əvvəldən də məlumatım vardı. Onun Leninqrad (indiki Sankt Peterburq) Universitetində oxuduğunu, ciddi savada və biliyə sahib olduğunu eşitmişdim.1980-ci illərdə mən də həmin universitetdə təhsil almışdım. Və indi buranın məzunu olmuş bir Azərbaycan ziyalısı haqqında xoş sözlər eşitməkdən hər zaman məmnunluq duyuram. Göründüyü kimi tanınmış ziyalı İ.Rəhimov istedadı, qabiliyyəti ilə faydalı və maraqlı bir ömür yaşayır”.

“Kreml­də yük­sək və­zi­fə tut­maq ba­rə­də tək­lif­lər edi­lən­də…”

İl­ham mü­əl­lim və­tə­ni­nə olan həd­siz sev­gi­si­ni, mə­həb­bə­ti­ni pa­fos­lu çı­xış­lar, şü­ar­lar səs­lən­dir­mək­lə de­yil, əməl­lə­ri ilə sü­but edir. Məsələn, vax­ti­lə ona Ru­si­ya və­tən­daş­lı­ğı­nı qə­bul et­mək və Kreml­də yük­sək və­zi­fə tut­maq ba­rə­də tək­lif­lər edi­lən­də (bu çox­la­rı­na əl­çat­maz gö­rün­sə də), o öz doğ­ma öl­kə­si­nin sı­ra­vi və­tən­da­şı ol­ma­ğı da­ha üs­tün tut­muş­du.

O, azər­bay­can­lı ziyalı və Azər­bay­can vətəndaşıdır. Bu danılmaz bir həqiqətdir. İlham Rəhimov rea­list si­ya­sət yü­rü­dən bir şəxs ki­mi ta­nı­nır.

Kə­nar­ mü­şa­hi­dəçilərdən biri onun haqqında belə deyir: “…Mü­şa­hi­də­lə­ri­miz gös­tə­rir ki, İl­ham Rə­hi­mov öl­kə si­ya­sə­tin­də döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin də­qiq də­yər­lən­di­ril­mə­si sə­yi, si­ya­sə­tin ox­lok­ra­tik nəs­nə­lər üçün yox, kon­kret in­san üçün nə­zər­də tu­tul­ma­sı an­la­mı, dü­şü­nül­müş dav­ra­nı­şı, cə­rə­yan edən pro­ses­lə­rə ob­yek­tiv ba­xı­şı, açıq­la­ma, mü­sa­hi­bə və bə­ya­nat­la­rın­da bə­la­ğət­li, po­pu­list və de­ma­qo­gik mə­qam­la­rın ye­ri­nə də­qiq, hər və­tən­da­şın ca­va­bı­nı ara­dı­ğı su­al­la­rı çöz­mə­yə ça­lış­ma­sı ilə se­çi­lir”.

“Maraqlı həmsöhbət olması məndə çox müsbət emosiyalar yaratdı”

İlham Rəhimovun portretini çəkmiş tanınmış rus rəssam Nikas Safronovun da xatirələri çox maraqlıdır: “Hörmətli İlham Rəhimovla təxminən yarım il öncə Antalyada tanış olmuşdum. O, Türkiyə-Rusiya iş adamlarının zirvəsini təşkil etmişdi. Professor Rəhimov həmin zirvəni təşkil etməklə bizim nəslin görməyə adət etdiyi soyuq Türkiyə-Rusiya münasibətlərinə bir istlik gətirirdi, körpü rolunu oynayırdı. Beləcə tanış olduq. …Onun dünya görüşü, maraqlı həmsöhbət olması məndə çox müsbət emosiyalar yaratdı. Söhbət edə-edə beynimdə portretini çəkməyə başladım. Məndə adətən belə olur – bəzilərinin portretlərini canlı çəkirəm, bəzilərini foto üzərində işləyirəm, bəzilərini də göz yaddaşı ilə. Rəsmlərini göz yaddaşı ilə işlədiyim şəxslər daha çox düşüncələri mənə maraqlı gələn, ünsiyyətdə olarkən sayğı duyduğum insanlardır. Onların sayı elə də çox deyil. Beləcə ideya yarandı. Amma təbii göz yaddaşı ilə yetərlənmək olmazdı… Ümid edirəm, professor ideyadan və portretdən razı qalacaq. Bu mənim bir vətəndaş, bir rəssam kimi onun Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi üçün gördüyü böyük işlərə təşəkkürümdür”.

“Başqalarının halına yana bilən insan yaşamağa layiqdir”

Hamı bilir ki, İlham Rə­hi­mo­vun dost­la­rı çoxdur. Onların sırasında yüksək mənsəb sahibləri də var, si­ya­sət­çi də, iş ada­mı da, jur­na­list də… Ma­raq­lı olan­ isə bu­dur: Rəhimov dostları ara­sın­da heç bir fərq qo­y­mur, onları tutduğu mövqeyə, imkanlarına, əlaqələrinə görə sıralamır.

Yeri gəlmişkən, qeyd edək ki, İlham Rəhimov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində Rusiya prezidenti Vladimir Putinlə bir qrupda təhsil alıb. Universitet illərindən başlayan bu dostluq bu gün də dəyişməz qalıb, dəyişən necə deyərlər illər, zamandır və bir də hər ikisinin müdriklik yaşı. Tələbəlik illərində İlham müəllimin ağlına da gəlməzdi ki, Putin nə vaxtsa Rusiya kimi nəhəng bir dövlətin rəhbəri ola bilər. Yadımdadır, Putin baş nazir olanda NTV-nin müxbiri ondan qafqazlılara münasibəti barədə soruşmuşdu. Putin sualı cavablandırarkən belə demişdi: “Mənim azərbaycanlılara münasibətim dərin hörmət bəslədiyim, yaxın dostum professor İlham Rəhimova olan münasibətimdən bilinər…”

Sa­də dost və xeyirxah insan olan İl­ham mü­əl­lim tək­cə qo­hum-qar­da­şı­nın, qo­num-qon­şu­su­nun xe­yir-şə­ri­nə ya­ra­mır, sı­xın­tı və prob­lem­lər için­də olan­ hər kəsə yardım etmək onun həyat kredosuna çevrilib. Xe­yir­xah in­san ki­mi on­dan ra­zı­lıq edən­lə­rin sa­yı olduqca çoxdur. Özün­dən bö­yük­lə­rə həs­sas­lıq­la ya­na­şan İl­ham mü­əl­lim uşaq­la­ra qar­şı da həd­siz də­rə­cə­də qayğıkeş və diq­qət­cil­dir. Xüsusən ağır xəstəlikdən əziyyət çəkən uşaqların xaricdə – Rusiya, Ukrayna, Almaniya, İsrail və digər dövlətlərdə müalicəsinə yardım edir. Azərbaycanda və xaricdə təhsil alan 30-a yaxın tələbənin təhsil haqlarını ödəyir. Digər xeyriyyə işləri də var, ancaq hesab edir ki, onları bütünlüklə sadalamağa ehtiyac yoxdur: “Bu bir vətəndaşlıq borcudur və bundan sonra da xeyriyyəçilik aksiyalarını davam etdirəcəyik. Bacardığım qədər çalışıram ki, insanlara kömək edim, əl tutum. Məncə, yaxşılığı maddi vəziyyətlə bağlamaq düzgün deyil. Bu, insanın gərək daxilindən gəlsin.Tələbə vaxtı Azərbaycandan müalicə üçün Leninqrada gələnlər çox olurdu. Onları heç tanımırdım da. Bəzisinin qalmağa yeri də yox idi. Qaldığım otağı tanımadığım adamlara verdiyim, özümün isə vağzalda gecələdiyim günlər çox olub. Bu, özü də bir xeyriyyəçilikdir. O vaxt maddi imkanım yox idi. Amma bütün hallarda çalışırdım ki, çətinliyə düşən insanlara yardım edim. Sözümün canı odur ki, xeyirxahlıq pulla ölçülmür”.

Bu yerdə məşhur Holland rəssamı Van Qoq dedikləri yada düşür: “Başqalarının halına yana bilən insan yaşamağa layiqdir”. Professor İlham Rəhimov həyatını məhz bu cür xoşbəxt yaşayan insanlardan biridir.

“Bu mükafat, mənə vətənimdə verilib”

İlham Rəhimov bir çox ölkələrin ali mükafatlarına layiq görülən soydaşımızdır. O, Ru­si­ya­nın ən nü­fuz­lu aka­de­mi­ya­la­rın­dan birinin – Rusi­ya Təh­lü­kə­siz­lik, Mü­da­fiə və Qa­nun­çu­luq Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki adı­nı al­mış ikin­ci azər­bay­can­lı, “Ru­si­ya və Azər­bay­can ara­sın­da dost­luq və əmək­daş­lı­ğın in­ki­şa­fı­na gös­tər­di­yi xid­mət­lə­rə gö­rə” II də­rə­cə­li “Bö­yük Pyotr” or­de­ni ilə təl­tif edilən ilk həmyerlimizdir. Bu siyahını əlbəttə ki, uzatmaq da olardı. Amma mən başqa bir məsələ barəsində danışmaq istəyirəm: İlham Rəhimov üçün ən qiymətli mükafat Vətəndə layiq görüldüyü mükafatlardır. Məsələn, o, Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsində göstərdiyi xidmətlərə görə “Beynəlxalq Mahmud Kaşqari” mükafatına layiq görüləndə bunun Azərbaycanda aldığı ilk mükafat olduğunu demişdi: “Azərbaycanda birinci dəfədir ki, mükafata layiq görülürəm. Kaşqari mükafatı mənim üçün ən dəyərli mükafatdır. Çünki bu, mükafat mənə vətənimdə verilib”.

“İlham qardaşımız Rusiya ilə qurulan körpülərimizdən biridir”

İlham müəllim gördüyü əməllərin üstündə ucalan şəxsiyyətlərdəndir. Onun millətimiz üçün etdiklərini Azərbaycan ziyalıları çox yüksək qiymətləndirilər. Məsələn, Xalq şairi Sabir Rüstəmxanlı İlham Rəhimov haqqında belə deyir: “Güclü şəxsiyyət varsa, güclü millət də var. Ona görə də millətlərin də münasibətlərini ayrı-ayrı adamlar müəyyənləşdirirlər. İlham qardaşımız Rusiya ilə qurulan körpülərimizdən biridir. 20-ci illəri unudan, bütün son 200 ili unudan nəslin qabağında İlham Rəhimov son dərəcə parlaq bir şəxsiyyətdir. Çünki Rusiya-Azərbaycan münasibətlərini bərabər səviyyədə görür. Öz şəxsiyyəti ilə bildirir ki, biri əzib, digəri əziləndə dostluq olmaz. Qardaşlıq bərabər olmalıdır. Bütün bunların hamısı haqqında hüquq dili ilə danışır. Rusiya bizim böyük qonşumuzdur və onlarla münasibətləri korlamaq qətiyyən olmaz. Əksinə, getdikcə münasibətlərimizi genişləndirməliyik. Bütün bunları ləyaqətlə, dövlət maraqlarını qoruyaraq etmək lazımdır. İlham bəy də məhz bu yolu tutub”.

“Belə azərbaycanlılarımızla fəxr edirəm”

Xalq yazıçısı Çingiz Abdullayev də İlham müəllimi böyük insan, alim hesab edir: “Onu xeyli sayda ölkədə tanıyırlar. Şəxsən bilirəm ki, İlham Rəhimova neçə ölkədə fəxri ad verilib və kitabları çıxıb. Bilirəm ki, onun dərsliklərini bir çox ölkələrdə tələbələr oxuyurlar. Bununla mən də fəxr edirəm ki, bizim belə böyük hüquqşünasımız var. Belə azərbaycanlılarımızla fəxr edirəm”.

Bu ya­zı­da qısaca da olsa, və­tə­ni­nə sıx tel­lər­lə bağ­lı olan bir vic­dan­lı soy­da­şı­mı­zın, zi­ya­lı­mı­zın ob­ra­zı­nı qə­lə­mə al­dım. İl­ham mü­əl­lim öv­lad­la­rı­nı, xü­su­si­lə nə­və­lə­ri­ni qə­ri­bə mə­həb­bət­lə se­vir. Ata və ba­ba­nın öv­lad və nə­və­lə­ri­ni çox sev­mə­si ye­ni­lik de­yil, am­ma onun sev­gi­si baş­qa bir hiss­dir. Bu həd­siz sev­gi­nin sir­ri nə­də­dir an­la­ya bil­mi­rəm. Bəl­kə, bu, se­vim­li nə­və­lə­ri­nin dün­ya­ya gəl­mə­si ilə bağ­lı­dır. Axı İl­ham mü­əl­lim nə­və­lə­ri­ni öm­rü­nün mə­na­sı sa­yır və onların təhsili, tər­bi­yə­si ilə ciddi məş­ğu­ldur.

Yan­va­rın 14-də İlham müəllimin 68 yaşı tamam olur. Həyatını Azərbaycan xalqının dünyada tanıdılmasına, elmi, mədəni, siyasi inkişafına həsr edən tanınmış ictimai xadim İlham Rəhimovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və səmərəli fəaliyyət arzulayırıq.

Dosye.org

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.