Müsavat Partiyası Apellyasiya Məhkəməsinə Mərkəzi Seçki Komissiyasına qarşı 29 oktyabr 2015-ci il tarixli Müsavat Partiyası namizədlərinin adlarının seçki bülletenlərindən çıxarılmaması ilə bağlı qərarından şikayət edib.
Bu barədə Arqument.Az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, şikayət ərizəsində Ərizəçiyə Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Müsavat Partiyasının iddiası qəbul edilməyib.
Məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək, müsbət cavab alınmayacağı təqdirdə bu hüququn pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.(Arqument.Az)
COMMENTS